AZ

Özəl məktəblərdəki təhsil haqqına da dövlət dəstək verə bilər?

Bir müddət öncə 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqların seçilmiş özəl bağçalardakı boş qalan yerlərə cəlb edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi yekunlaşıb. Müsabiqədə seçilmiş özəl bağçalarda bu müsabiqə nəticəsində cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatı qrant hesabına qarşılanacaq, yəni dövlət ödəyəcək, qalan məbləği isə valideyn ödəyəcək. 

Bəs bu qayda Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərə də şamil edilə bilər?

Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, bu təklif məntiq etibarilə çox vacib və dolğun təklifdir:

"Çünki bağçalarla bağlı verilən məlum qərar - bəzi özəl məktəbəqədər təhsil müəssisələrində maliyyələşmənin tən yarısını dövlət hesabına ödənilməsinin - əsas səbəbi bu tədris ocaqlarındakı sıxlıq, bir çox azyaşlıların öz hüquqlarından məhrum olması idi. Bəli, bizdə dövlət bağçalarının say azlığı (1692) məktəbəqədər təhsil seqmentində çox ciddi problem yaradıb və nəticə hazırda hər dörd bağçayaşlı uşaqdan yalnız biri bu imkandan yararlana bilir. Durumu aradan qaldırmaq üçün görülən tədbirlər proqramında özəl bağçalarda güzəştli maliyyələşdirmə ilə bağlı qərar tam yerinə düşür. Statistikaya görə, bağçalara getmək imkanı olmayan hər 3 uşaq nəticə də böyük statistik geriliyi də formalaşdırıb ki, bu qərardan sonra onlardan heç olmasa bir qismi bu imkandan yararlana biləcək". 

Təhsil ekperti qeyd edib ki, anoloji addımın özəl məktəblərlə bağlı atılması çox praqmatik qərar olardı:

"Sirr deyil ki, Bakı, Abşeron və Sumqayıtda yerləşən məktəblərdə çox ciddi şagird sıxlığı var. Bu sıxlıq son illərdə müzakirə olunan ən ciddi təhsil problemlərindən biridir. Sıxlığı nisbətən aradan qaldırmaq üçün özəl məktəblərdə güzəştli qəbul paketinin tətbiqinə böyük ehtiyac var. Bağçalarla bağlı atılan güzəştli addımın orta məktəblərlə bağlı da həyata keçirilməsi arzuolunan hadisədir".

Davud

Seçilən
53
49
valyuta.az

10Mənbələr