“Bir qadın nə atasına, nə qardaşına, nə nəslindəki kişilərə görə namus abidəsi olmalı deyil”. Bu fikirləri iş xanımı və aparıcı Nigar Fərhad verlişdə söyləyib. SİA mövzu ilə bağlı müğənni Ofelya Şabanovanən fikirlərini öyrənib.
Ofelya Şabanova bunları bildirib: “Mən bu xəbəri indi izlədim. Nigar xanım həqiqətən çox savadlı, dünyagörüşlü və ən əsası dəqiq xanımdır. Dediklərində həqiqətlər çoxdur. Bəli, qadın ilk növbədə Allahın əmanətini düşünməlidir. Yəni qeyrətini, namusunu. Bəlkə hansısa qadının qardaşı, oğlu, övladı yoxdur və yaxud atası dünyasını dəyişib. Qadın ilk növbədə öz namusunu, həyatını düşünməlidir. Bir çox gənc qızlar hamam otağında özlərinə baxıb zövq alırlar, amma düşünmürlər ki vaxt gələcək bu gözəllik sənə qalmayacaq. O zaman sən heç kəsə lazım olmayacaqsan.
Bir onu deyə bilərəm ki 15- 20 ildən sonra Qocalar evinin qapısında tüfeyli həyat yaşayan qadınların sayı kişilərdən daha çox olacaq. Nədənsə indiki bir çox gənc qızlar sərbəst yaşamağı kişilərlə gün keçirməkdə görürlər. Bu cahillikdir. Başa düşmürlər ki, tam sərbəst yaşayan xanım ailəli xanımdır”.
Ayşən Vəli