AZ

44 günlük Vətən müharibəsi Azərbaycanın dünyaya mesajı idi ŞƏRH

30 illik həsrətdən sonra işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Azərbaycan uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərdi. O cümlədən, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Azərbaycan Ordusunun qüdrətinin, gücünün artırılması istiqamətində zəruri olan addımları atdı. Dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi ordu quruculuğudur. Azərbaycanın büdcə xərclərinin əsasını bütün illər ərzində məhz hərbi xərclər təşkil edir. Bir ölkədən asılı olmamaq üçün, hərbi texnika bir çox mənbələrdən alınaraq Ordumuzun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Qeyd edək ki, hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Son illərdə Azərbaycanda formalaşan və dinamik şəkildə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Bundan əlavə, 1000-dən çox hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanın hərbi məhsulları dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş olunur. Bu mənada olan nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Azərbaycan öz Ordusunu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Eləcə də, hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Ölkəmizin bütün sahələrdə inkişafında iqtisadi tərəqqi əsas rol oynayır. Belə ki, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Ölkəmiz regionun enerji xəritəsini və nəqliyyat xəritəsini yenidən tərtib etdi. Dövlətin təşəbbüsləri təkcə Azərbaycan xalqının deyil, bir çox ölkələrin, həmçinin region ölkələrinin maraqlarını təmin edir. Beləcə də Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsində iqtisadi müstəqilliyin təmin edilməsi əhəmiyyətli rol oynayır. Ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. Xarici siyasət uğurlarımızın davamlılığı ilə diqqətdə oldu. Öz növbəsində bütün bunlar Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi baza yaratdı. 4 ildir ki, tarixi Qələbəmizin sevincini yaşayırıq. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi. 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutdu. Nəticədə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. 30 ilə yaxın müddət ərzində xalqımız Ali Baş Komandanın bu əmrini gözləyirdi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Belə ki, on minlərlə insanın orduya könüllü kimi yazılması, həmçinin təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda Xalq-Ordu birliyindən və orduya olan inamından xəbər verdi. Hərbi əməliyyatın ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Vətən müharibəsi müddətində hər gün Rəşadətli Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan zabiti və əsgəri bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Artıq 4 ildir ölçüyəgəlməz dərəcədə görülən işlər Azərbaycanın malik olduğu imkanları təqdim etməklə yanaşı, Tarixi Zəfərimizin reallıqlarının təqdimatı və qəbuludur. 30 illik həsrətdən sonra işğaldan azad edilmiş ərazilərimiz, həmçinin mədəniyyət paytaxtımız Şuşa diplomatik mərkəzə çevrilib. İşğaldan azad edilmiş ərazilərə səfərləri ilə Ali Baş Komandan, Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Bundan əlavə azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Seçilən
74
50
sesqazeti.az

10Mənbələr