Goranboy məktəbliləri dərsə getmək üçün 3 km-lik təhlükəli yol qət edirlər.
Viral.az xəbər verir ki, gencexeber.az-a verilən məlumata görə, Goranboyun Təhlə kəndindən olan məktəblilər dərsə getmək üçün 3 km-lik yola təxminən 1 saat zaman sərf edirlər.
Yaşadıqları yerdə ibtidai məktəb fəaliyyət göstərdiyinə görə 4 və ondan yuxarı sinif şagirdləri təhsillərini qonşu kənddə yerləşən Ç.Hümbətov adında Yeniyol kənd tam orta məktəbində davam etdirmək məcburiyyətində qalıblar. Məktəblilərin qət etdiyi 3 km yol isə acınacaqlı vəziyyətdədir, səhər saatlarında dərsə gedən uşaqlar üçün təhlükə mənbəyidir. Valideynlər də bu haldan çox narazıdır.
Son Yazılar:
- Palçıqda, ilanlara dolaşaraq dərsə gedən Goranboy məktəbliləri – ŞİKAYƏT
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO
- Bələdiyyə sədri barədə protokol tərtib EDİLDİ
Sözügedən haldan şikayətçi olan valideynlərdən biri – Cəmilə Bayramova bildirir ki, övladı təhsil aldığı məktəbə qışda palçıq içində, yayda isə ilanlar ayağına dolana-dolana gedir:
“Dəfələrlə kənd bələdiyyəsinə bildirmişik ki, uşaqların dərsə getdiyi yol ya asfaltlansın, ya da onları dərsə aparmaq üçün avtobus ayrılsın. Hər dəfə bir bəhanə taparaq müraciətimizə cavab verilmir. Körpə uşaqlar da təhlükə mənbəyi olan yolla dərsə getmək məcburiyyətində qalırlar. Yollar həm çala-çuxurdur, həm də ətrafı kol-kos basıb. Övladım dəfələrlə ilan sancmasından son anda xilas olub, bir dəfə isə doluya düşdüyünə görə aylarla xəstəxanada yatıb. Mən də, övladı qonşu kəndə məktəbə gedən valideynlər də çox xahiş edirik ki, bu məsələyə bir əncam çəkilsin”.
Təhsilini davam etdirmək üçün qonşu kəndə dərsə gedən Yusif Əlizadə deyir ki, məktəbə getmək üçün sürdüyü velosipedin təkərlərinə bir neçə dəfə ilanlar dolanıb:
“Problem tək yayda olmur, qışda, payızda isə palçıq olur. Bu haldan tək mən yox, sinif yoldaşlarım da narazıdır, əziyyət çəkərək bu yolla dərsə getmək məcburiyyətindəyik. Valideynlərim şikayət etsə də, heç kim təmir işləri aparmaq fikrində deyil. Mən bir az böyüyəm, tək gedib-gələ bilirəm. Gələn il isə bacım o məktəbə getməlidir, onun üçün vəziyyət daha da təhlükəli olacaq. Heç olmasa gələn ilə kimi bu problem həll olunsun”.