AZ

Acun Mourinyoya əsəbiləşdi: "Bu dedikləri qəbuledilməzdir "

Acun Ilıcalı matç sonunda Joze Mourinyonun sözlərinə reaksiya verib.

"Fənərbağça" klubunun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun "Vəziyyət mənə deyilənlərdən daha pis oldu. Məni bura gətirən Fənərbağçalı azarkeşlərə əsəbləşirəm. Mən belə olduğunu bilsəydim, heç gəlməzdim" sözlərinə qəzəblənib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı ən qısa zamanda təcrübəli məşqçi ilə danışacağını və məsələni həll edəcəyini də bildirib.

"Ən qısa zamanda məsələyə aydınlıq gətirməyə çalışacağam. Joze Mourinyonun bu dedikləri qəbuledilməzdir. Məsələ tamamən fərqli bir vəziyyət almağa başlayıb. Mourinyoya vəziyyətin pis olduğunu demişdik. Amma onu kluba dəvət etdiyimiz zaman Türkiyə Superliqasında vəziyyət bu qədər pis deyildi", - deyə Ilıcalı bildirib.

Fidan
Milli.Az

Seçilən
28
milli.az

1Mənbələr