AZ

İspaniyada Kral və Baş nazirə hücumla bağlı araşdırma başlanıb

İspaniyanın Mülki Qvardiyası noyabrın 3-də Kral VI Felipe və Baş nazir Pedro Sançesin daşqından zərər çəkən ərazilərə səfəri zamanı baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb.

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın sözlərinə görə, insident zamanı naməlum şəxs Baş nazirə hücum edib. Hadisələrin necə cərəyan etdiyi nəzərə alınarsa, aqressiv əhvali-ruhiyyəyə köklənmiş iştirakçıların mütəşəkkil hərəkət etdiyi qənaətinə gəlmək olar.

“El Pais” qəzetinin məlumatına görə, noyabrın 3-də VI Felipe və onun həyat yoldaşı, həmçinin Pedro Sançes və Valensiya muxtariyyətinin Nazirlər Kabinetinin rəhbəri Karlos Mason ölkənin şərqində daşqınlardan zərər çəkən ərazilərə gediblər. Payporta yaşayış məntəqəsində yerli sakinlər monarxların üstünə palçıq ataraq onları qatil adlandırıblar. Eyni zamanda, Pedro Sançesin nümayəndə heyətinə məxsus avtomobillərindən birinin şüşələri sındırılıb.

Xatırladaq ki, oktyabrın 29-da İspaniya Dövlət Meteorologiya İdarəsi ölkənin müxtəlif regionlarında kəskin hava şəraiti və güclü yağışlarla bağlı xəbərdarlıq edib. Krallığın cənub və şərqində yağan yağışlar səbəbindən yaranan təhlükə maksimum həddə çatıb. Fəlakətdən ən çox Valensiya bölgəsi zərər çəkib. İndiyədək daşqınlar nəticəsində təxminən 220 nəfərin öldüyü məlumdur. İtkin düşənlərin axtarışı hələ də davam edir.

Seçilən
36
1
azpost.info

2Mənbələr