Təbii ki, istifadəçilərin ən çox maraqlandığı məsələ son aylarda təqdim edilən “iPhone 16” seriyasının necə performans göstərəcəyi idi. Məlum olduğu kimi, şirkətin bir neçə ildir davam edən standart və Pro modellərinin fərqli prosessorlarla təchiz edilməsi ənənəsi yeni seriyada da davam edir.
İndex.az xəbər verir ki, “AnTuTu”nun paylaşdığı son siyahıya görə, şirkətin bu anda ən sürətli məhsulu 2 milyon 520 min 613 xal toplayan “iPad Pro 11 2024” və 2 milyon 514 min 929 xalla “iPad Pro 2024″dür.
Siyahıda üçüncü yerdə M2 çipli 12,6 düymlük “iPad Pro 6” qərarlaşıb. Dördüncü yerdə M2 prosessorlu “iPad Air 13” qərarlaşıb.
Şirkətin ən güclü smartfonu olan “iPhone 16 Pro Max” siyahıda yeddinci yerdədir. 1 milyon 690 min 442 xal toplayan modeli dərhal 1 milyon 689 min 106 xalla “iPhone 16 Pro” izləyir. Onu da qeyd edək ki, “Standard” və “Plus” modelləri reytinqə daxil edilməyib.