HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrailin hücumundan əvvəl 3 gün heç nə yemədiyi bildirilib.
Publika.az xəbər verir ki, bu barədə Londonda nəşr olunan “Şərkul Avsat” qəzeti yazıb.
Adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə Sinvarın 7 oktyabr 2024-cü il tarixindən sonra Qəzzadakı vəziyyəti ilə bağlı təfərrüat yer alıb. Onun 16 oktyabr 2024-cü ildə Qəzza zolağının cənubundakı Rəfahda həyatını itirdiyi hücumdan əvvəl ailəsini təhlükəsiz bölgəyə göndərdiyi və onlarla məktubla əlaqə saxladığı bildirilib.
Xəbərdə qeyd edilib ki, tibbi ekspertizadan sonra Sinvarın öldürülmədən əvvəl 3 gün heç bir şey yemədiyi ortaya çıxıb.