AZ

Sandu 55,33 faiz səslə qalib gəlib - Moldova MSK

Moldova Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 faizinin hesablanmasından sonrakı nəticələri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Moldovanın hazırkı Prezidenti Maya Sandu 55,33 faiz səslə qalib gəlib.

Onun rəqibi, ölkənin keçmiş Baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.

Qeyd edək ki, daha əvvəl açıqlanan məlumatda M.Sandunun 55,04, A.Stoyanoqlonun isə 44,96 faiz səs topladığı bildirilirdi. Moldovada seçicilərin əksəriyyəti Stoyanoqloya səs versə də, Sandu xarici ölkələrdəki məntəqələr sayəsində qələbə qazana bilib.

Seçilən
55
47
qafqazinfo.az

10Mənbələr