Bakı, TurkicWorld/ ArabAz
Misir əhalisi 107 milyona çatıb, bu haqda AzerVoice Misir Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyinə istinadən bildirir.
Məlumata əsasən son doqquz ayda Misir əhalisinin sayı bir milyon nəfəri keçib.
Agentliyin məlumatına görə, Misirdə 2024-cü ilin fevral-noyabr ayları arasında 1,443 milyon doğuş qeydə alınıb, bununla belə, ölkədə doğum səviyyəsi azalıb
Azalma tendensiyası dövlətin əhali artımını idarə etmək səylərini əks etdirir, doğuş nisbəti 2014-cü ildə bir qadına düşən 3,5 uşaqdan 2023-cü ildə 2,5uşağa enmişdir.