İşğal olunmuş ərazilərdə, bildiyiniz kimi, biz seçki keçirə bilmirik və buna görə də orada nümayəndələr yoxdur.
Oxu24.com xəbər verir ki,Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ona görə də xəritədə nümayəndələrin təmsil olunduğu və seçkilərin keçirildiyi seçki dairələri göstərilir.
O, bu gün keçirilən brifinqdə Gürcüstanın xəritəsinin əks olunduğu slaydda işğal olunmuş ərazilərin göstərilmədiyi barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı sualı cavablandırıb.
“İşğal səbəbindən Gürcüstanın bütün ərazisində seçkilərin keçirilməsi mümkün deyil. Kiminsə rənglərin qavranılması ilə bağlı problemi varsa, onda mən onları daha yaxından nəzərdən keçirməyə dəvət edirəm: Gürcüstanın işğal olunmuş hissələri boz rənglə, Gürcüstana aid olmayan ərazilər isə ağ rənglə göstərilib. Bu, bir daha göstərir ki, bizim necə biabırçı insanlarla qarşılaşırıq.
Bu adamlar bizimlə seçki sistemlərindən danışırlar, baxmayaraq ki, onların slaydda nə göstərildiyini – nümayəndələr, seçki dairələri, işğal olunmuş əraziləri anlamaq üçün nə bilikləri, nə də zəkaları var. Deyəsən, biz bu QHT-ictimaiyyət üçün demək olar ki, hər ikinci gündə hər şeyi çeynəməliyik”, - Şalva Papuaşvili bildirib.
Miri