İranın Sistan-Bəlucistan əyalətinə bağlı Sirkan şəhərində baş verən planer helikopter qəzasında İnqilab Keşikçiləri Ordusunun generalı və 1 əsgər həlak olub.
İran İnqilab Keşikçiləri Ordusu Quru Qoşunları Komandirliyi hadisə ilə bağlı açıqlama verib. Açıqlamada "Əfqanıstan sərhədindəki Sirqan şəhərinin cənub-şərqində baş verən qəzada Gülüstan vilayətinin Neyneva tabur komandiri general Həmid Məzəndərani və əsgər Həmid Cəndəki həyatını itirib" ifadələrinə yer verilib.