Tüninq sadə iş deyil. Bunun üçün zövq, nəzəri və praktik bilik vacibdir.
Avtosfer.az xəbər verir ki, bugünlərdə sosial şəbəkədə yayılan foto ciddi müzakirələrə səbəb oluvb. Söhbət köhnə BMW-nin İranda həyata keçirilmiş dizayndan gedir.
1972-ci ildə istehsal edilmiş BMW 30 avtomobili hazırda Zəncanda istismar eedilir. Avropadan fərqli olaraq bu tüninqdə xromdan gen-bol istifadə edilib. Halbuki, xərçəng riskinə görə Avropada avtomobil sektorunda xromdan istifadə minimallaşdırılıb.
Doğrudur, zövqlər müzakirə mövzusu olmasa da, son nəticəyə qiymət vermək hər kəsin şəxsi işidir.
Vüqar Yaşaroğlu