AZ

Moskvada müasir Azərbaycan şairlərinin poeziyasına həsr olunmuş ədəbi axşam keçirilib

Moskvadakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə müasir Azərbaycan şairlərinin poeziya nümunələrinə həsr olunmuş ədəbi axşam keçirilib.

AZƏRTAC xəbər verir ki, illik “Noç iskusstv” (“İncəsənət gecəsi”) aksiyası çərçivəsində keçirilən tədbiri Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə açıb.

Sonra Azərbaycan gənclərinin dörd nümayəndəsi səhnədə öz şeirləri və digər müasirlərinin əsərlərindən ibarət proqramla çıxış ediblər.

Şair və qiraətçi Günel Miriyeva “İnsan həyatı” adlı orijinal əsərini təqdim edib. Gecəni sətirləri artıq internetdə və müasir poeziya pərəstişkarları arasında kifayət qədər tanınan şairlər - Qurban Xalıqverdili və Kamal Əliyev davam etdiriblər. Sonda səhnəyə Rəna Soltanova çıxıb. O, Leyla Əliyeva, Ramiz Rövşən və Redyard Kiplinqin əsərlərini məharətlə təqdim edib. Şeirlər və iştirakçıların yüksəksəviyyəli qiraət məharəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Peşəkar fəaliyyətin tamamilə fərqli sahələrindən olan gənc şairləri və qiraətçiləri poeziyaya olan sevgi birləşdirib. Artıq uzun illərdir ki, onlar müxtəlif kəlmələrlə, amma bir ağızdan – poeziyanın səsi ilə danışırlar.

Seçilən
29
yeniazerbaycan.com

1Mənbələr