Şimali Koreya onu Cənubi Koreya ilə birləşdirən köhnə magistral və dəmir yolu xətlərinin yerində tank əleyhinə ərazilər və torpaq divarlar inşa edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonha" agentliyi məlumat yayıb.
“Donqhae və Kyonyi xəttlərində tankların hərəkətinə mane olan xəndək və bəndlərdən ibarət tank əleyhinə zonalar yaranıb”, - deyə məlumatda deyilir.
Mənbənin bildirdiyinə görə, Donqhae ərazisində tank əleyhinə ərazi 160 metr eni və 10 metr uzunluğunda olan hissədə yaradılıb.
Bir müddət əvvəl Şimali Koreyanın Cənubi Koreya sərhədindəki artilleriya bölmələrinin döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi xəbəri yayılmışdı.