AZ

Kombi xərclərini bu üsullarla azaltmaq olar

Yayın bitməsi ilə kombi mövsümü başlayıb. Aylardır işləməyən kombi xərcləri ustaların cibini doldurarkən, vətəndaşlar artıq hesablarını azaltmağın yollarını axtarmağa başlayıblar.

Publika.az xəbər verir ki, qış mövsümü yaxınlaşdıqca vətəndaşlar qaz pulu ilə bağlı narahat olmağa başlayır.

Məsələn, qonaq otağını 20 dərəcə, başqa bir otağı 18 dərəcə, hər zaman istifadə etdiyimiz otağı 22 dərəcə istilikdə saxlamaqla qənaətə nail olmaq mümkün deyil. Bir otağın radiatorunu söndürüb, digər otağı isitmək doğru deyil. Kombini söndürmək əvəzinə onu aşağı temperaturda işlətmək lazımdır. Mebellərin yerləşməsinə diqqət edilməlidir. Enerji sərfiyyatı otaqlardakı yataq, masa və stullar xarici divardan uzaqda olmalıdır.

Kombinin qazanı heç vaxt söndürülməməlidir. Yenidən işə salındıqda cihaz istədiyiniz temperatura çatmaq üçün tam gücü ilə işləyir. Gün ərzində yandırmadığınız qədər qaz yandırır. Bu səbəbdən də cihazlar tez-tez işlədilməlidir. Qışda otaq termostatının istifadəsi enerji sərfiyyatının qarşısını alır. Soyuq havalarda xüsusilə hava mənfi səviyyəyə düşərsə, kombi və istilik sistemi dona bilər. Bu vəziyyətin qarşısını almaq üçün bəzi tədbirlər görmək lazımdır. Şkaflı açıq balkonlarda kombilərin qorunması çox vacibdir. Kombi boruları germetik şəkildə sarılmalı və izolyasiya edilməlidir. Qışda uzun müddət istifadə olunmayan və söndürülən kombi dona bilər. Çünki qazanı söndürmək içindəki suyun donmasına səbəb olur.

Seçilən
23
publika.az

1Mənbələr