Rusiya hərbçiləri Ukraynanın hərbi aerodromlarının infrastrukturuna, həmçinin enerji obyektlərinə və neft emalı zavoduna zərbələr endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, zərbələr “operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriya” tərəfindən həyata keçirilib.
Zərbələr nəticəsində istehsal sexləri, pilotsuz katerlər üçün anbarlar, düşmənin canlı qüvvəsi və hərbi texnikası da vurulub.