AZ

Pezeşkian: Türkmənistan İranla təbii qaza dair müqavilə imzalamağa hazır deyil

Türkmənistan İran hökuməti ilə təbii qaza dair müqavilə imzalamağa hazır deyil.

 İRNA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Planlaşdırma və Büdcə Təşkilatından olan qardaşlar mənə Türkmənistanın hökumətimizlə qaz müqaviləsi imzalamağa hazır olmadığını bildirdilər. Deyirlər ki, dövlət pul vermir. Ona görə özəl sektorla müqavilə bağlayırıq".

İran Prezidenti podratçı ilə müqavilə bağlayıb, ona pul vermədiklərinin səbəbini soruşub:

“Əgər müqavilə bağlamışıqsa, ona sadiq qalmalıyıq və kənara çıxmamalıyıq. Bunlar bizim dini anlayışlarımızdır”.

Seçilən
60
6
sam.az

7Mənbələr