AZ

Lempard "Roma"nın baş məşqçisi ola bilər

İngiltərəli mütəxəssis Frenk Lempard İtaliyanın "Roma" komandasının baş məşqçisi ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

O, paytaxt təmsilçisində bu vəzifəyə əsas namizədlərdən biridir. "Roma"nın hazırkı xorvatiyalı baş məşqçisi İvan Yuriçin yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Frenk Lempard ölkəsində "Çelsi" və "Everton"un baş məşqçisi olub. O, futbolçu olduğu dönəmdə, 2001-2014-cü illər aralığında London təmsilçisinin formasını geyinib.

Seçilən
16
5
ikisahil.az

8Mənbələr