AZ

İspaniyadakı DAŞQINLAR: Zərər çəkənlər kral və Baş nazirə palçıq atdılar

İspaniyanın Barselona şəhərində güclü fırtına səbəbindən qatarların və uçuşların hərəkətində fasilələr yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb .

Qəzet yazır ki, bazar ertəsi Barselona və Tarraqonanı vuran “Dana” qasırğası bəzi yolların su basmasına, regional qatarların hərəkətində fasilələrə və Barselona-El Prat hava limanında gələn reyslərin ləğvinə və istiqamətinin dəyişdirilməsinə səbəb olub.

Bildirilir ki, səhər saatlarından başlayaraq yağan intensiv yağış səbəbindən rayon sakinlərinə təhlükənin artacağı barədə xəbərdarlıq edilib. Bir sıra təhsil müəssisələrində pis hava şəraiti ilə əlaqədar dərslər təxirə salınıb.

Bu gün səhər saatlarından etibarən Kataloniyada fövqəladə hallar xidmətlərinə pis hava şəraitinin nəticələrinin aradan qaldırılması ilə bağlı müraciətlərlə əlaqədar mindən çox zəng daxil olub.

Bu arada, ölkənin cənub-qərbində Valensiyada 200-dən çox insanın öldüyü fəlakətli daşqınların nəticələrinin aradan qaldırılması əraziyə 2500 hərbçi göndərilib.

Xilasedicilər təbii fəlakətdən bir neçə gün sonra ilk dəfə olaraq tamamilə su altında qalan böyük yeraltı dayanacağa çatıblar. Bölgəyə daxil olan əsas yollarda 30 km tıxac yaranıb və bir çox digər marşrutlar daşqınların təsirləri səbəbindən əlçatmaz qalır.

Xatırladaq ki, bazar günü ən çox zərər çəkən Paiport şəhərinin sakinləri ora gələn Baş nazir Pedro Sançesə, Kral VI Felipeyə və onun həyat yoldaşı Kraliça Letisiyaya palçıq atıblar.

Mayıl Soltanov

Seçilən
12
yenicag.az

1Mənbələr