AZ

Əlcəzairli yazıçı beynəlxalq mükafat aldı

Fransanın ən böyük ədəbiyyat mükafatı Qonkuru Kamel Dauda qazanıb. Bununla da o, 1992-2002-ci illər arasında "qaranlıq onillik"dən bəhs etdiyi üçün Əlcəzairdə qadağan edilmiş "Houris" romanı ilə Qonkur mükafatını qazanan ilk Əlcəzair əsilli yazıçı olub.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, "Houris" romanı 1999-cu il dekabrın 31-də baş vermiş qırğından sağ çıxan qəhəramanın perspektivini təqdim edir. Bununla belə, kitab Əlcəzairdə qadağandır. Çünki ölkədə vətəndaş müharibəsi dövrünü xatırladan istənilən əsər qadağan edilib.

Kitabın naşiri Gallimard, 6-16 noyabr tarixləri arasında keçiriləcək Əlcəzair Beynəlxalq Kitab Sərgisində iştirak etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

Lalə Rövşən,BakuPost
Seçilən
37
bakupost.az

1Mənbələr