AZ

Britaniyalı həkimlər "ölüm kalkulyatoru"ndan istifadə etməyə başladılar

Böyük Britaniyanın həkimləri xəstələrin təxmini ölüm tarixini müəyyən etmək üçün "kalkulyator"dan istifadə etməyə başlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilir ki, süni intellektə əsaslanan hesablama elektrokardioqrafiya nəticələri nəzərə alınaraq aparılır.

Nəşrin müsahibləri qeyd ediblər ki, bir neçə dəqiqə çəkən və ürəyin elektrik aktivliyini qeydə alan bir elektrokardioqramın (EKQ) nəticələrindən istifadə edərək, həkimlərin görə bilməyəcəyi gizli sağlamlıq problemlərini aşkar etmək mümkündür.

Həkimlər ölüm tarixinin uğurlu müəyyən edilməsi şansını 78% qiymətləndiriblər.

Süni intellekt aritmiya və ürək çatışmazlığı simptomlarını tam təzahür etməzdən əvvəl aşkar etmək üçün EKQ nəticələrini təhlil edir.

Mənbə: oxu.az

Seçilən
32
2
oxu.az

3Mənbələr