AZ

Əfqan Sadıqovun həbs müddəti 3 ay uzadılıb

Azərbaycanın Azel TV saytının rəhbəri Əfqan Sadıqov Gürcüstan həbsxanasında 45 gündür aclıq edir.  

Bu gün həyat yoldaşı Sevinc Sadıqova həbsxana hospitalında onunla görüşüb. "Əfqan getdikcə daha da pisləşir. O, yenə görüşə əlil arabası ilə gətirildi. Əməlii-başlı taqətdən düşüb: şəkəri düşüb, böyrəklərində problem, süstlük, başgicəllənmə və ürəkbulanması var. Bununla belə, o, həyatı bahasına olsa belə, saxta cinayət işinə xitam verilməsi tələbi ilə aclığı davam etdirir", deyə Sadıqova bildirib. 

Onun sözlərinə görə, Əfqan qidadan imtina edir və gün ərzidə yalnız 300 qram su içir. 

O, həmçinin qeyd edib ki, noyabrın 1-də məhkəmə Ə.Sadıqovun həbs müddətini 3 ay uzadıb.

* Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. İyulda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana qayıda biləcəyi bildirilib.

Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində onun vəziyyəti pisləşib və o, Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsinə köçürülüb.

Əfqan

Əfqan

Əfqan

Əfqan

Seçilən
28
turan.az

1Mənbələr