Azərbaycanın və İranın hərbi dəniz qüvvələri Xəzər dənizində birgə təlim həyata keçirdi.
Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamada iki ölkənin Baş Qərargah rəisləri arasında imzalanan protokol çərçivəsində Azərbaycan və İranın hərbi gəmilərinin iştirakı ilə Xəzər dənizində birgə təlim keçirildiyi bildirildi.
Açıqlamada Azərbaycana məxsus 2 gəmi və 100 hərbi şəxsi heyətin iştirak etdiyi AZIREX-2024 təlimində gəmi qəzalarında xilasetmə və tibbi yardım, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin edilməsi kimi tapşırıqların yerinə yetirildiyi qeyd olundu. Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığı gücləndirmək məqsədilə keçirilən təlimdə bütün tapşırıqların uğurla yerinə yetirildiyi vurğulandı.