AZ

ABŞ bu ölkəyə 6 ədəd B-52 bombardmançı təyyarəsini göndərib

ABŞ Yaxın Şərqdə altı ədəd "B-52" strateji bombardmançı təyyarəsini yerləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Air & Space Forces Magazine" Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Təyyarələr Şimali Dakotadakı "Minot" hərbi bazasından havaya qalxıb. Eyni zamanda, onlara dəstək üçün əlavə "F-15E Strike Eagle" qırıcıları və hava yanacaqdoldurma təyyarələri də bölgəyə göndərilib.

Rəsmilər bu təyyarələrin konkret olaraq hansı bazada yerləşəcəyini açıqlamasa da, məlum olub ki, "Minot"dan gələn yük təyyarəsi ABŞ-nin Qətərdəki ən böyük aviabazası olan "Əl-Üdeyd" bazasına enib.

Buna qədər ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, "B-52" bombardmançıları onların məsuliyyət zonasına – Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikaya daxil olub. Lakin həmin bombardmançıların dəqiq sayı açıqlanmayıb. Bu addım bölgədə artan gərginlik fonunda atılıb və strateji təyyarələrin yerləşdirilməsi ABŞ-nin hərbi mövcudluğunu gücləndirmək məqsədi daşıyır.

Seçilən
54
iqtisadiyyat.az

1Mənbələr