İspaniyanın Valensiya şəhərində sel fəlakəti zamanı ingilis məktəbinin direktoru binada qapalı qalan uşaqları xilas etmək üçün qeyri-adi səylər göstərib.
Musavat.com xəbər verir ki, Daniel Burguet yüksələn sularda stolun ayağı ilə şüşə qapını sındıraraq 4-11 yaş arası uşaqları bir-bir xilas edib.
Müəlimin bu addımı ölkədə təqdirəlayiq addım kimi qiymətləndirilib. Daniel Burguet ölkədə ilin müəllimi adlandırılıb.
Qeyd edək ki, ölkədə təbii fəlakət nəticəsində 211 nəfər həyatını itirib, 2000 nəfər itkin düşüb.
Musavat.com