Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini vəmüdafiə naziri cənab Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmisəfərdədir.
Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov"Slavin - İkinci Dünya Müharibəsi abidəsi"ni ziyarət edib. Abidəönünə əklil qoyaraq həlak olanların xatirələrinə ehtiram nümayişetdirib.
Bratislava şəhərində Azərbaycan müdafiə naziri slovakiyalıhəmkarı ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimindəmüdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.
Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövləthimnləri səsləndirilib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığıncari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlısəfərlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlığın inkişafperspektivlərini müzakirə ediblər.