Səbail rayonunun "40 pilləkən" adlanan ərazisində yerləşən pilləkənlərlə bağlışikayət daxil olub.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, vətəndaşlar qeyd edirlər ki, pilləkənin yuxarısını yaxınlıqdakı restoran işıqlandırsa da, ortadan üzüaşağı - metronun "İçərişəhər" istiqamətində olan hissəsi tamamilə qaranlıqdır. Bu da sözügedən pilləkəndən qaranlıqda istifadə edən vətəndaşlar üçün real təhlükə yaradır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən bildirildi ki, məsələ ilə bağlı icra hakimiyyəti tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanacaq.