Şimali Koreya sərhəddə tank əleyhinə səngərlər qurur
Şimali Koreya Cənubi Koreya ilə sərhəddə 11 metr hündürlüyündə torpaq səngərlər qurur. Səngərlər Şimali Koreya ilə Cənubi Koreyanı birləşdirən keçmiş avtomobil yolları və dəmiryol xətlərinin yerində tikilir.
Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
“Donqhae və Kyonyi xətlərində tankların hərəkətinin qarşısını almaq üçün xəndəklər olan tank əleyhinə ərazilər, eləcə də torpaq bəndlər yaranıb”, - deyə məlumatda qeyd edilib.
Mənbənin qeyd etdiyi kimi, Donqhae yolunda tank əleyhinə ərazi 160 metr enində və on metr uzunluğunda olan hissədə yaradılıb.
Bu yaxınlarda isə Şimali Koreyanın Cənubi Koreya ilə sərhəddəki artilleriya ekipajlarının hazır vəziyyətə gətiriləcəyi bildirilib.
Əfsanə Kamal
Demokrat.az