Santa-Susannada (İspaniya) keçirilən bodibildinq üzrə Dünya kuboku Azərbaycan fitnes-bikini məktəbi üçün tarixi hadisə ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, Nərmin Tarıverdi turnirin finalına yüksəlib.
O, seçmə mərhələdən uğurla keçərək finalda 5-ci yeri tutub. Əvvəllər idmançılarımız belə uğur əldə edə bilməyiblər.
Qeyd edək ki, Dünya kubokunda Elnur Allahyarov (bodibildinq), Fərid Nəcəfli ("Men’s physique") mütləq çempion adına layiq görülüblər, Aşur Abdullayev yeniyetmələrin "Men’s physique" yarışında birinci yeri tutub, Kamil Əliyev gümüş, Vüqar Verdiyev, Samir Məmmədli (bodibildinq), Seymur Əliyev (klassik bodibildinq) və Təbriz Tarverdiyev ("Men’s physique") bürünc medal qazanıblar.
İdman.biz