AZ

Hakerlər "Nvidia" qrafik kartından istifadə edərək kompüteri sındıra bilər - KİV

"Nvidia" bütün qrafik sürətləndiricilərinin sürücülərində hakerlərə "GeForce", RTX, "Quadro", NVS və "Tesla" qrafik kartları ilə təchiz edilmiş kompüterləri sındırmağa imkan verə biləcək səkkiz boşluq aşkar edib. Bu zəifliklər beynəlxalq CVE reytinq sisteminə görə 7-8 bal arasında dəyişən yüksək risk səviyyəsinə malikdir. 

Valyuta.az xəbər verir ki, bu barədə "WccfTech" məlumat yayıb.

Boşluqlar həm "Nvidia" GPU displey sürücüsünə, həm də "Nvidia" VGPU proqramına təsir göstərir. Bu, hakerlərə istifadəçilərin sistemlərində zərərli kod işlətməyə və şəxsi məlumatları oğurlamağa və manipulyasiya etməyə imkan verə bilər.

Təhlükəsizliyi təmin etmək üçün "Nvidia" istifadəçilərə sürücülərini ən son versiyalara yeniləməyi tövsiyə edir. "Windows" əməliyyat sistemi istifadəçiləri üçün bunlar 566.03/553.24/538.95 versiyaları, "Tesla" seriyası məhsulları üçün isə 553.24/538.95 versiyalarıdır. "Linux" istifadəçilərinə həmçinin sürücülərini GPU-larına uyğun olan ən son versiyaya yeniləmələri tövsiyə olunur. Sürücünü ən son versiyaya yeniləmək üçün istifadəçilər seçimlər siyahısından GPU-nu seçərək "Nvidia" veb saytında sürücüləri əl ilə axtara bilərlər.

Paşa Məmmədli
 

Seçilən
25
valyuta.az

1Mənbələr