“Barselona”nın bütün futbolçuları hava şəraiti ilə əlaqədar idman zalında məşq etmək məcburiyyətində qalıblar.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Güclü yağış səbəbindən şəhəri su basıb.
Ona görə də Kataloniya təmsilçisinin oyunçuları məşqlərini idman zalında edirlər.
Xatırladaq ki, daşqın səbəbindən İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın 2 görüşünü - "Pontevedra" - "Levante" və "Parla Eskuela - "Valensiya" matçını müvafiq olaraq oktyabrın 30-dan 6 və 7 noyabra təxirə salmışdı. Daha sonra İspaniya çempionatının "Valensiya" - "Real" və "Vilyarreal" - "Rayo Valyekano" matçları təxirə salınıb.
İspaniyada bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib. 100-dən çox insan həyatını itirib.