AZ

Camal özünü qəhrəman saymır

“Ötən mövsüm də bizim Birinci Liqaya düşəcəyimiz proqnozlaşdırılırdı. Lakin ikinci dövrədə daha effektiv oynamağa başlayaraq, qələbələr qazandıq və bunun əksini hər kəsə sübut edə bildik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Camal Cəfərov deyib.

Misli Premyer Liqasının son turunda “Səbail” ilə oyunda vurulan yeganə qolun müəllifi özünü qəhrəman hesab etmir: “Səbail”lə oyun heç də asan olmadı. Ümumilikdə oyun bərabər gedirdi, amma biz qələbə qazanmaq istəyirdik. Bir neçə qol vəziyyətləri yaratdıq və onlardan birini son dəqiqədə qola çevirdik. Qol vura bildiyimə görə şadam, amma özümü qəhrəman hesab etmirəm. Çünki bu, bütün komandamızın və məşqçilər korpusunun qələbəsidir. Hər oyuna yalnız qələbə qazanmaq və azarkeşlərimizə gözəl oyun göstərmək düşüncəsi ilə çıxırıq. Hazırda əsas məqsədimiz autsayderlər sırasından çıxmaq və turnir cədvəlində yuxarı pillələrə yüksəlməkdir. Qarşımızda duran əsas vəzifə hər növbəti matçda qalib gəlmək və ona hər şeyimizi verməkdir”.

GÜNAY SÜLEYMANOVA

Seçilən
16
futbolinfo.az

1Mənbələr