Maraqlıdı, “qırmızı-ağlar”ın uğurlarının sirri nədədi?
Tanınmış mütəxəsssis Aslan Kərimovun “Football-plus.az”a cavabı:
“Əslində komandanın belə uğurlu nəticələr əldə etməsi baş məşqçi Elmar Baxşıyevin işə yanasması sayəsində baş verir. Çünki oyunçulara rahat, stressiz şəkildə oynamağa imkan yaradır. Baxşıyevin ara-sıra hakimlərlə mübahisəsini görə bilərsiz. Amma komandanın içində çox sakit və oyunçularla dil tapmağı bacaran məşqçidi. Bu da əksini meydanda tapır. Hesab edirəm ki, komandadakı futbolçular da keyfiyyətlidi. Hücum xəttində keçmişdə "Neftçi" və "Qəbələ"də oynayayan bəzi oyunçular yer alıb. Onlar da Azərbaycan çempionatında çox təcrübəlidi. Müdafiədə də özünü yaxşı tərəfdən göstərmiş oyunçular oynayır. Hələ bu azmış kimi, Qara Qarayevi də heyətə qatıblar. Amma qış transfer dönəmində heyətlərini yenə gucləndirməsələr, onlar üçün çətin olacaq. 11 nəfər meydanda, onları əvəz edəcək 10 nəfər də ehtiyatda olmalıdı. Roman Maçado oynamadığı halda "Araz-Naxçıvan"ın gücü nə qədər ola bilər? Uzun müddət eyni səviyyədə çıxış etmək üçün yaxşı ehtiyat qüvvə lazımdı. Büdcə baxımından bir qədər də dəstək olsa, 2-3 oyunçu cəlb etsələr, Avropaya yollana bilərlər. Birinci yeri tutmaq həm maliyyə, həm də potensial baxımından mümkünsüzdü. Çünki "Qarabağ" istədiyi vaxt istədiyi oyunçunu əldə edə bilir. İştirak etdiyi Avropa turnirlərindən büdcəni doldurub. Düşünün ki, "Qarabağ"ın ehtiyat skamyasında olan futbolçular millimizin üzvləridi. Futbolda müəyyən münaqişələr olur, yeni məşqçi oyunçunu danlamalı olur. Əminəm ki, komandada hansısa oyunçu Elmar Baxşıyevdən narazı qalmır. Onların belə anlaşması da sonda uğurlu nəticələrə gətirib çıxarır”.
RÖYANƏ OĞUZ