Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Metin Gürak Türkmənistan Baş Qərargah rəisi polkovnik Akmırat Anemetov ilə görüşdü.
Sosial media hesabından verilən açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gürak rəsmi dəvəti ilə paytaxt Ankarada olan həmkarı Anemetovu hərbi mərasimlə qarşıladı. Mərasimdən sonra general Metin Gürak və polkovnik Akmırat Anemetov nümayəndə heyətləri ilə birlikdə görüş keçirdi.