Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan kubokuna yekun vurulub.
İdman.biz xəbər verir ki, qadın voleybolçular arasında finalda "Abşeron" və "Gəncə" üz-üzə gəlib.
GİN-nin Voleybol Mərkəzində keçirilən oyunda Famil Ağayevin komandası üstün olub. Abşeron voleybolçuları bölgə təmsilçisinə yekunda 3:0 hesabı ilə qalib gəliblər (25:18, 25:20, 25:16).
Qeyd edək ki, kişil voldeybolçuların finalında "Xilasedici" "Azərreyl"ə 3:0 hesabı ilə qalib gəlib.
Emin Ağa
İdman.biz