AZ

“Qorxma, mən səninləyəm” filminin ulduzu öldü

Aktyor Artur Berezin oktyabrın 29-da 69 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediasına onun dostu Stas Balakin məlumat verib.

“Artur uzun sürən xəstəlikdən sonra Keyptaun xəstəxanasında vəfat etdi”, - deyə o bildirib.

Balakinin sözlərinə görə, Berezin Cənubi Afrika Respublikasını (CAR) özünün ikinci vətəni hesab edirdi. Orada dəfn olunacaq.

Qeyd edək ki, Berezin 1991-2015-ci illərdə Keyptaunda yaşayıb, bundan sonra bir neçə dəfə Cənubi Afrikaya qayıdıb. Ömrünün son illərində Krımda kaskadyorluq məktəbinə rəhbərlik edib.

Aktyor “Qorxma, mən səninləyəm”, “Şərqə kuryer” və digər filmlərdəki rollarından sonra məşhurlaşıb.

Seçilən
16
1
unikal.az

2Mənbələr