Fransanın Sena et-Marna departamentində 16-17 yaşlarında olan 4 yeniyetmə dəmiryol vağzalında balta ilə hücuma məruz qalıb.
Bu barədə "20 dəqiqə" portalı məlumat yayıb.
Həlak olanlar dərsə gedən orta məktəb şagirdləri olub. Birinin əli kəsilmiş, digərinin kəllə sümüyü sınıb, daha iki yeniyetmənin yaralarının xarakteri barədə məlumat verilmir.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Polisdən verilən məlumata görə, hazırda onların həyatı üçün təhlükə yoxdur.