AZ

“Red Bull” “Torino”nu və ...Kolapintonu istəyir

Avstriyanın “Red Bull” şirkəti İtaliya klubu “Torino”nu almaq variantını nəzərdən keçirir.

“La Stampa”nın bu haqda xəbərində qeyd olunur ki, klub prezidenti Urbani Kairo şirkətin təmsilçiləri ilə bir neçə dəfə görüşüb. İnvestisiya bankları “Red Bull”un İtaliyanın futbol bazarına, eləcə də kommersiya fəaliyyətini inkişaf etdirmık üçün öz stadionu olan klublarına maraq göstərdiyini təsdiqləyirlər. Kairo “Torino”nu satmağa hazırdı. “Red Bull” bu ilin sentyabrından Turin komandasının sponsorudu.
“Red Bull”un idman portfelində futbol klublarının sayı heç də az deyil. Söhbət Almaniyanın “Leyptsiq”, Avstriyanın “Red Bull”, Amerikanın “Nyu-York Red Bull”, Braziliyanın “Red Bull Braqantino” klubundan gedir. “Torino” Avstriya şirkəti ilə əməkdaşlıq edərsə, heç rebrendinqə də ehtiyac duymayacaq. Turin təmsilçisinin ikinci ləqəbi “öküzlər”di, elə klubun loqosunda da bu heyvanın təsviri var.

“Formula-1” üzrə dünya çempionatının cari mövsümündə istədiyi nəticələri əldə edə bilməyən “Red Bull” isə “Uilyams”ın argentinalı pilotu Franko Kolapintonu heyətinə qatmağa iddialıdı. “Öküzlər” ona görə 20 milyon avro ödəməyə hazırdı. “Red Bull”un 21 yaşlı pilotu özünə götürmək istəyi anlaşılandı: 2-ci pilot Serxio Peres son vaxtlar qaneedici nəticə göstərmir.

“Red Bull Racing”in rəhbəri Kristian Horner dəfələrlə bildirib ki, mənfi tendensiya davam edərsə, Pereslə müqaviləyə vaxtından əvvəl xitam veriləcək.

Seçilən
27
football-plus.az

1Mənbələr