AZ

Voleybol: “Abşeron” ölkə kubokunun qalibi oldu

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş voleybol üzrə Azərbaycan Kubokunda qadınların mübarizəsi başa çatıb.

Arena.az xəbər verir ki, bu gün final qarşılaşması baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda “Gəncə” və “Abşeron” komandaları üz-üzə gəliblər.

Qarşılaşma “Abşeron”un 3:0 (25:18, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün baş tutan kişilərin final görüşündə də “Xilasedici” “Azərreyl”i 3:0 hesabı ilə üstələyərək ölkə kubokunun sahibi olmuşdu.

“Gəncə” – “Abşeron” matçından sonra Azərbaycan kubokunun bağlanış mərasimi olub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edib. Federasiya rəsmisi turnirin maraqlı keçdiyindən danışıb və qalib komandaları təbrik edib.

Sonra turnirin ən yaxşı oyunçularına mükafat verilib. Kişilərdə “Xilasedici”nin voleybolçusu Reyes Rodriges MVP mükafatına layiq görülüb. Qadınlar arasında bu mükafat “Abşeron”un formasını geyinən Katarina Jitkovaya verilib.

Daha sonra gümüş mükatçılara və turnirin qaliblərinə medal və kuboklar təqdim olunub.

Seçilən
23
arena.az

1Mənbələr