Voleybol üzrə Azərbaycan Kubokunda qadınların mübarizəsində qalib müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Gəncə" və "Abşeron" kollektivləri üz-üzə gəliblər.
Qarşılaşma ikincilərin 3:0 (25:18, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan kişilərin final görüşündə “Xilasedici” "Azərreyl"i 3:0 hesabı ilə üstələyərək ölkə kubokunun sahibi olub.