AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Cavid Məmmədli Rusiyanın paytaxtında keçirilən Müstəqil Dövlətlər Birliyinin “Mədəniyyət səfirləri məktəbi” adlı beynəlxalq layihənin iştirakçısı olub.
Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən dəstəklənən və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında baş tutan sözügedən tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Ermənistan, Özbəkistandan müsabiqə yolu ilə seçilmiş kitabxana və muzey işi sahəsinin gənc mütəxəssisləri toplanıb.
Layihə çərçivəsində MEK əməkdaşının “Azərbaycan xalça sənəti qeyri-maddi mədəni irs kimi” mövzusunda dinlənilən təqdimatı böyük maraqla qarşılanıb. Bundan əlavə, C.Məmmədli MEK-in fəaliyyəti və fondundakı rusdilli ədəbiyyatla bağlı da çıxış edərək slayd təqdim edib.
Sonda məktəbi uğurla başa vuran iştirakçılar, o cümlədən MEK əməkdaşı sertifikatla təltif olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi