İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqin ətraf bölgələrini atəşə tutub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Vətən" nəşri yazıb.
Məlumata görə, İsrail ordusu hücumunu Colan təpələrindən həyata keçirib.
Suriya Mülki Aviasiya İdarəsi açıqlayıb ki, hücum zamanı hava limanına ziyan dəyməyib və normal şəkildə fəaliyyətini davam etdirir.