Bu gün Las-Veqasda keçiriləcək veteranların dünya çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, yarışda rekord sayda - 68 ölkənin təmsilçiləri mübarizə aparacaqlar.
ABŞ-da 1500-ə yaxın veteran idmançı öz gücünü yoxlayacaq. Azərbaycan yığmasının heyətində 25 cüdoçu yer alıb. Onlar arasında 11 qat dünya və 10 qat Avropa çempionu Fərhad Rəcəbli də var. Qadınlarda isə tanınmış idmançı Zülfiyyə Hüseynova yarışacaq.
Qeyd edək ki, çempionata noyabrın 11-də yekun vurulacaq.
Yığmamızın heyəti bəlli olub
Bakıda “Təhlükəsiz idman” mövzusunda seminar keçirilib
Məhəmməd Rüstəmli çempion adına yiyələnib
Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda master klass təşkil olunub
Bakıda təşkil olunacaq "Böyük dəbilqə"nin tarixi bəlli olub