AZ

Rusiya Cənubi Koeyaya xəbərdarlıq etdi

Rusiya BMT-də Cənubi Koreyaya Ukrayna məsələsi ilə bağlı xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva bildirib ki, Cənubi Koreya Ukraynaya silah və döyüş sursatları göndərməklə təhlükəli bir macəraya sürüklənir.

Bu xəbərdarlıq, Şimali Koreya ordusunun Kurks vilayətində Ukrayna ordusuna qarşı müdafiəyə qatılması barədə yayılan xəbərlər fonunda verilib.

Yevstiqneyeva Rusiya və Cənubi Koreya arasındakı münasibətlərin əvvəllər dostcasına olduğunu qeyd edərək, Cənubi Koreyanın bu addımlarını təəssüflə qarşıladıqlarını bildirib. O, Cənubi Koreyanın Vaşinqtonun təzyiqləri altında Ukraynaya qərb silahlarının tədarükünü artırmaq istiqamətində addımlar atmağa başladığını vurğulayıb.

Eyni zamanda, Cənubi Koreya əhalisinin böyük bir hissəsinin bu münaqişədə bir şəkildə iştirak etmək istəmədiyini göstərən yerli araşdırmaların nəticələrinə diqqət çəkib.

Seçilən
37
iqtisadiyyat.az

1Mənbələr