Peruda futbol matçı zamanı şimşək bir oyunçunu öldürüb və dördünü yaralayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu hadisə "Juventud Bellavista" və "Familia Chokka" komandaları arasında keçirilən regional çempionat oyunu zamanı baş verib. Oyun 22-ci dəqiqədə şiddətli yağış səbəbindən dayandırılıb. Futbolçular fırtınanın keçməsini gözləmək üçün paltardəyişmə otağına yönəldiliblər, lakin buna müvəffəq ola bilməyiblər. Çünki şimşək bir neçə nəfəri yerə sərib.
Arxada gedən Xose Uqo de la Kruz və Xuan Çokka Lakta əsas zərbəni alıb. Öndə gedən futbolçu dərhal yerində həyatını itirib, ikinci isə ağır yanıq xəsarətləri alıb və vəziyyəti ağır olaraq qiymətləndirilir. Həmçinin, daha üç futbolçu da yaralanıb.
Afaq,
Musavat.com