AZ

Sarkisyanın qardaşı oğlu azadlığa çıxdı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan azadlığa çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Cinayət Cəzalarının İcrası Departamentinin mətbuat katibi Nonna Navikyan məlumat verib.

2021-ci ilin iyununda Narek Sarkisyan 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunana qədər onun müəyyən müddət həbsdə olması nəzərə alınaraq, Sarkisyana verilən cəza 3 il 6 aya endirilib.

Sarkisyana qarşı cinayət işi hələ 2018-ci ildə başlanıb, o axtarışa verilib. Keçmiş prezidentin qardaşı oğlu qanunsuz silah saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və adam oğurluğunda ittiham olunurdu. 2018-ci ilin dekabrında İnterpol onu Praqada Franklin Qonzales adına pasportla gizləndiyi yerdə tapıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyasına razılaşıb və 2019-cu ilin dekabrında təhvil verib.

Seçilən
16
2
unikal.az

3Mənbələr