AZ

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub

Bakı. Trend:

Bu gün tanınmış dirijor, Xalq artisti, Ü.Hacıbəylli adına BakıMusiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 65 yaşı tamamolur.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlənazirlikdə sənətkarla görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqixadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adındantəbrik edib, ona xoş arzularını çatdırıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəriMehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digərsahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət vəqayğı göstərilir. Musiqimizin inkişafında xidmətləri olaninsanların əməyi yüksək qiymətləndirilir. Yalçın Adıgözəlov da busahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adına layiqgörülüb, “Şöhrət” ordeni ilə təltif olunub.

Y.Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakıpremyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinindünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdəsimfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib.

Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinəgörə yubilyara nazirliyin Fəxri diplomu təqdim edilib.

Y.Adıgözəlov yaradıcılığına verilən qiymətə və təbrikə görətəşəkkürünü bildirib.

Söhbət zamanı musiqi sahəsinin inkişaf perspektivləri ilə bağlıfikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Y.Adıgözəlov 30 ilə yaxındır ki, Bakı MusiqiAkademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələrihazırda respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti 2023-cüildən Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyaziadına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-başdirijorudur.

Seçilən
48
15
az.trend.az

10Mənbələr