Bu gün Hindistanda baş verən insident zamanı Hindistan Hərbi Hava Qüvvələrinə aid bir "MiQ-29" qırıcısı qəzaya uğrayıb.
İqtisadiyyat.az xəbər verir ki, hadisədən öncə təyyarə idarəolunmaz vəziyyətə düşüb.
Kadrlarda pilotun katapultasiya anı görünməsə də, pilotun vaxtında katapultasiya edərək xilas olduğu məlumdur.
Hadisənin təfərrüatları və qəzanın səbəbləri hələ ki, araşdırılır. Bu, Hindistan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarələri ilə bağlı yaşadığı bir neçə insidentdən biri kimi qeyd olunur.