AZ

BAAU-nun Elmi Şurasının növbəti iclası keçirildi - Fotolar

Bakı Avrasiya Universitetinin (BAAU) Elmi Şurasının 2024/2025-ci tədris ilinin payız semestrində növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, BAAU-nun rektoru, dosent Səyavuş Qasımov iclasın gündəliyində duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda “2024/2025-ci tədris ili üçün universitetin tədris-metodik təminatının vəziyyəti barədə”, “2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbulun yekunları haqqında”, “Keyfiyyət təminatı üzrə Komissiya haqqında” və “Daxili keyfiyyət təminatı üzrə qiymətləndirmənin keçirilməsinə dair” məsələlər dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.

Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib.

Qiyabi təhsilalma forması üzrə tədris prosesinin qrafikində, bəzi fənlər üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi üçün imtahanların keçirilmə formasında dəyişiklik edilməsi və kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqənin keçirilməsi haqqında məsələlər müzakirəyə çıxarılıb.

Universitetin “Humanitar fənlər və regionşünaslıq” kafedrasının dosent əvəzi Pərinaz Sadıqlı və “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının dosent əvəzi Seyfəddin Altaylıya elmi-pedaqoji fəaliyyətlərinə görə dosent elmi adının verilməsi ilə bağlı Elmi Şurada vəsatət qaldırılıb.






Seçilən
35
qafqazinfo.az

1Mənbələr